Torpağın ekoloji funksiyaları
İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski, Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992) elmi işlərinə və ələrinə əsaslanaraq torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir.
Energetik funksiya - Enerjinin çox miqdarı torpağın mineral səsində toplanır, lakin bu enerji olduqca stabil olub onun məhsuldarlığını təmin edir, maddələrin dövranı proseslərində və ekosistemlərin bioloji məhsuldarlığında isə nisbətən az iştirak edir. Digər mühüm məsələ odur ki, bitki fotosintez prosesində günəş enerjisini toplayır. Canlı maddədə onun dövranı tez (bir neçə il, on illər) başa çatır, lakin canlı maddə ölmüş, quru (bitki) halında torpağa düşdükdə qismən ilkin son məhsullara (su, CO2, azot və başqa kimyəvi maddələr) qədər parçalanır, qismən isə humusa çevrilir. Humusda böyük (əsrliklər) enerji ehtiyatı cəmləşərək hər il bioloji dövrandan kənarlaşır və beləliklə torpağın güclü enerji potensialı yaranır.
Hidroloji funksiya - Əgər torpaq olmasaydı okeanla quru arasında suyun dövranı tez başa çatardı. Yer səthinə düşən atmosfer yağıntıları yamac boyu böyük sürətlə axıb çaylara, sonra isə dəniz və okeanlara axıb gedərdi. Özünün humusluluğu, strukturluğu (aqreqatlığı), məsaməliyi, sukeçiriciliyi və rütubət tutumu ilə torpaq suyun dövranını kəskin zəiflədir, müntəzəmləşdirir, quruda suyun böyük və geniş differensial ehtiyatının yaranmasına şərait yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya sərf olunur.